Ermənistan-Türkiyə sərhədində növbəti insident

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd göstərən naməlum dəstə üzvlərini saxlayıb.

Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 15-dən 16-na keçən gecə baş verib. Araz çayı vasitəsilə sərhədi keçməyə cəhd göstərən şəxslərin Cənubi Asiyadan olan miqrantlar olduğu bildirilib.

Saxlanılan şəxslər Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, bu, son 3 gündə Türkiyə-Ermənistan sərhədində 3-cü insidentdir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31