Vitse-prezident: "Şimali Koreya Dünya Bankının üzvü ola bilər"
17 Oktyabr 2018 12:44 Dünya"Koreya Xalq Demokratik Respublikası (KXDR) iqtisadiyyatın açıqlığını artıracaq bir sıra islahatlar apararsa Dünya Bankının üzvü ola bilər".
Bu barədə "Yonhap" agentliyinə müsahibəsində Seulda səfərdə olan Dünya Bankının böyük vitse-prezidenti Mahmud Mohieldin bildirib.
"Dünya Bankına qoşulmaq üçün dövlətlər bir sıra tələblərə, o cümlədən dünya ictimaiyyətinin Koreya yarımadasında sülh və sabitliyə dair gözləntilərinə cavab verməlidir. Bundan başqa, KXDR əvvəlcə Beynəlxalq Valyuta Fondunun üzvü olmalıdır", - M.Mohieldin deyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31