Əfqanıstanda terror hücumunda deputatlığa namizəd öldürülüb
17 Oktyabr 2018 12:30 DünyaƏfqanıstanın Hilmənd vilayətində Laşkargah şəhərində parlamentə seçkilərdə namizədliyini irəli sürmüş Cabar Qəhrəmanın seçki qərargahında partlayış olub.
Hadisə nəticəsində vilayətdə prezidentin təhlükəsizlik üzrə nümayəndəsi vəzifəsini tutmuş siyasətçi və daha 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Məlumata görə, partlayıcı qurğu siyasətçinin divanının içərisinə yerləşdirilibmiş.
Ölkənin daxili işlər naziri Vais Əhməd Barmaq hüquq-mühafizə orqanlarının partlayışla bağlı şübhəli bilinən 3 nəfəri saxladığını açıqlayıb.
Hələlik bölgədə fəaliyyət göstərən təşkilatlardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, Əfqanıstanda parlament seçkiləri oktyabrın 20-də keçiriləcək. Seçkilər ölkədəki qeyri-sabit vəziyyətlə əlaqədar iki il müddətinə təxirə salındıqdan sonra baş tutacaq. Əfqanıstanda son dəfə parlament seçkiləri 2010-cu ildə keçirilib.
report