Çeçen-inquş gərginliyinə Kadırovdan reaksiya
17 Oktyabr 2018 11:47 DünyaÇeçenistanla İnquşetiya arasında sərhəd məsələsiylə bağlı imzalanan razılaşma ətrafında situasiyanı qızışdırmaq və xalqlar arasında ədavət yaratmaq qəbuledilməzdir.
Bu sözləri Vkontakte səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.
"Bəzi şəxslərin bütün cəhdlərinə rəğmən, çeçenlər hər zaman inquşların qardaşı olaraq qalacaq. Sərhəd qardaş xalqlar arasında yox, iki fərqli subyekt arasındadır. İnquşetiyanın hər bir vətəndaşı özünü Çeçenistanda evindəki kimi hiss edə, biznes apara, yaşayış yeri seçə bilər. Ümid edirəm ki, belə baxışı qonşu respublikada da bölüşürlər", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31