Moskvada 130 ilin rekord istisi
17 Oktyabr 2018 11:44 DünyaMoskvada çərşənbə günü havanın temperaturu rekord həddə çatacaq. Bu hal 1889-cu ildən bəri ilk dəfə qeydə alınır.
Bu barədə Rusiyanın "Fobos" hava mərkəzi məlumat yayıb.
Bu gün Moskvada havanın temperaturu müsbət 15-17 dərəcə təşkil edəcək.
"17.4 dərəcə istilik uzaq 1889-cu ildəki temperatura yaxındır. Bu gün də temperaturun yenidən rekord səviyyəyə yaxınlaşması gözlənilir", - mərkəzdən bildirilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31