ABŞ-ın dövlət katibi jurnalist Camal Qaşıqçının məsələsini araşdırmaq üçün Türkiyəyə gəlib
17 Oktyabr 2018 11:32 DünyaABŞ-ın dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Qaşıqçının məsələsini araşdırmaq üçün Türkiyəyə gəlib.
M.Pompeo Ankaranın Esenboğa hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüş zamanı C.Qaşqçı ilə bağlı məsələ müzakirə olunub.
Qeyd edək ki, M.Pompeo oktyabrın 16-da Səudiyyə Ərəbistanında səfərdə olub, əl-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla və vəliəhd şahzadə, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşüb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31