Paşinyan: “Üzr istəyirəm...” - Video
17 Oktyabr 2018 00:11 DünyaErmənistanın baş naziri Nikol Paşinyan istefa verib.
Bu barədə o, Ermənistanın İctimai Televiziyasında elan edib.
Paşinyan bu addımı tezliklə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi üçün atıb. O bildirib ki, seçkilərədək ölkənin baş naziri vəzifəsini icra edəcək:
"İnqilab mərhələsini yekunlaşdırıb yeni mərhələyə keçdiyimiz üçün həyəcan anıdır. 5 aylıq fəaliyyətimi yekunlaşdıraraq hər kəsə təşəkkürümü bildirir və kiminsə ümidini doğrultmadımsa, üzr istəyirəm".
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 10-da keçiriləcək.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31