Koçaryandan Paşinyanın istefasına münasibət
17 Oktyabr 2018 00:33 DünyaErmənistanın eks-prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanın istefasına münasibət bildirib.
Koçaryan növbədənkənar parlament seçkilərinin keçirilməsinin ölkədə yeni siyasi monopoliyanın yaranacağına gətirib çıxaracağını deyib:
"Taktiki olaraq bu gediş başadüşüləndir - populyarlığın zirvəsində uğura hesablanmış addımdır. Strateji planda isə problemlər görürəm. Sən siyasətçi kimi, yoxsa dövlət nümayəndəsi kimi qələbə qazanacaqsan, bunu indi etməyə dəyərdimi? Bax, bunları düşünməlisən. Dövlət maraqları baxımından yeni inhisarçı dövlət fomalaşdırmaq - düşünmürəm ki, bu, doğru qərardır. Tam hakimiyyət - tam məsuliyyət deməkdir. Düşünürəm ki, bu, yeni siyasi monopoliyadan başqa bir şey olmayacaq".
Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31