Rusiyadan Qaşıqçı açıqlaması: Ən qısa zamanda...

Türkiyə və Səudiyyə Ərəbistanının Camal Qaşıqçı olayı ilə bağlı atdığı addımlar məmnunedicidir.

Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

"İstintaqın ən qısa zamanda başa çatması ilə bağlı edilən çağırışları dəstəkləyirəm. İstintaqın nəticəsinin beynəlxalq ictimaiyyətə təqdim edilməsini arzu edirik", - deyə nazir bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31