"İndicə vəliəhdlə danışdım, mənə dedi ki..." - Tramp

Bu dəqiqələrdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla danışdım. O məni əmin etdi ki, istintaq gedir və Camal Qaşıqçının Türkiyədəki konsulluqda yoxa çıxması ilə bağlı suala cavab tezliklə tapılacaq.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

"Vəliəhd Türkiyədəki Baş Konsulluqda baş verənlərdən öncədən xəbərdar olmasını qəti şəkildə təkzib etdi. Mənim zəngim zamanı o, ABŞ Dövlət katibi Mayk Pompeo ilə bir yerdə idi və mənə dedi ki, artıq bu məsələnin tam və hərtərəfli istintaqına start verib. Cavab tezliklə aydınlaşacaq", - Tramp qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31