Çində ali rütbəli hərbçi rüşvətə görə ordudan uzaqlaşdırılıb

Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının üzvü, general-polkovnik Fan Fenhuy rüşvət ittihamı ilə əlaqədar ordudan və Çin Kommunist Partiyası sıralarından uzaqladırılıb.

General haqqında korrupsiya əməllərinə görə ötən il başlanmış istintaq başa çatdırılaraq hərbi məhkəməyə göndərilib.

Qeyd edək ki, Mərkəzi Hərbi Şura Çində silahlı qüvvələrin ən yuxarı idarəetmə qurumdur. Onun sədri Çin Xalq Respublikasının Sədri, Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpindir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31