“Ötən il Rusiyaya kiberhücumlardan 9 milyard dollardan artıq ziyan dəyib” - Dmitri Medvedev

"Ötən il Rusiyaya kiberhücumlardan 600 mlrd. rubl (təxminən, 9,2 mlrd. dollar) ziyan dəyib".

Bunu ölkənin baş naziri Dmitri Medvedev Moskvada keçirilən "İnnovasiya açılışı -2018" adlı beynəlxalq forumda bildirib.

Hökumət başçısı qeyd edib ki, ekspertlərin hesablamalarına görə, 2017-ci ildə kiberhücumlar dünya iqtisadiyyatına 1 trln. dollar məbləğində ziyan vurub. Bunun isə bir hissəsi Rusiyanın payına düşüb. 

"Bu, iqtisadiyyatımız üçün kifayət qədər əhəmiyyətli vəsaitdir" - deyə o, qeyd edib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31