Vladimir Putin növbəti ay Fransaya səfər edəcək
16 Oktyabr 2018 20:12 DünyaRusiya Prezidenti Vladimir Putin noyabrın 11-də Fransaya səfər edəcək.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, V.Putin Birinci Dünya müharibəsinin sona çatmasının 100 illiyi münasibətilə həmin günlərdə Yelisey çöllərində təşkil ediləcək təntənəli mərasimlərdə iştirak edəcək.
V.Putin həmçinin Fransa Prezidenti Emmanuel Makronun verəcəyi işgüzar səhər yeməyində iştirak edəcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31