İranda Gərmsar sənaye zavodunda partlayış baş verib. İlkin məlumatlara görə, 4 nəfər yaralanıb.
İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib ki, hadisə yerinə 1 helikopter, təcili yardım avtobusu və 10 təcili yardım maşını göndərilib.
M.Xalidi nəticəsində zərərçəkənlərin sayının dəqiq bəlli olmadığını bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31