Mayk Pompeo ilə kralın görüşü cəmi 15 dəqiqə çəkdi

Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdüləziz əl Saud ölkəsində səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Bu barədə krallıq XİN-i məlumat yayıb. İlk olaraq yoxa çıxan səudiyyəli jurnalist Camal Kaşıkçı olayını müzakirə etmək üçün həmkarı Adil əl Cübeyrlə görüşən Pompeo, daha sonra kral tərəfindən qəbul edilib. 

ABŞ prezidenti Donald Trampın son açıqlamalarını Ər-Riyada çatdıran baş katibin kralla görüşü cəmi 15 dəqiqə davam edib. 

ABŞ dövlət katibinin son günlər hədəfdə olan vəliəhd Salmanla da bir araya gələcəyi gözlənilir. 

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31