Audi 800 milyon cərimələndi – Səbəb

Almaniyanın avtomobil brendi olan "Audi" şirkəti dizellə işləyən avtomobillərdə yol verdiyi yanlışlığa görə 800 milyon avro cərimələnib.

Bu barədə "Audi"nin də daxil olduğu "Volksvagen" qrupu məlumat yayıb.

"Audi" şirkətinin istehsal etdiyi V6 və V8 dizel mühərrikli avtomobillərdə mövcud tələblərə əməl edilmədiyi bildirilib. Şirkət sözügedən məbləği ödəməyi qəbul edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31