Malayziyanın sabiq baş naziri cinayət işi çərçivəsində 6 saatdan artıq dindirilib

Malayziyanın 1MDB dövlət investisiya fondunda korrupsiyaya görə bir neçə cinayətdə ittiham olunan sabiq baş nazir Nəcib Rəzzaq növbəti dəfə Milli Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına çağırılaraq 6 saatdan artıq dindirilib.

Sabiq hökumət başçısı iki dəfə həbs olunaraq etibardan sui-istifadə və pulların yuyulmasına dair 25 epizodda ittiham olunub. Ümumiyyətlə, 1MDB fondu ilə bağlı cinayət işləri çərçivəsində keçmiş baş nazirin iştirak edə biləcəyi 40-dan artıq epizod komissiya tərəfindən araşdırılır.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31