Dünyanın ən yaşlı insanı üsyan etdi: "Bu mənə tanrının cəzasıdır..."
16 Oktyabr 2018 16:51 Dünya" Dünyanın ən yaşlı insanı olan 129 yaşındakı Koku İstambulova, "Uzun həyat mənə tanrının bir hədiyyəsi deyil cəzasıdır" deyib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, 128 ilin ardından özünü olduqca yorğun hiss edən və bu vaxta qədər nə üçün yaşadığını başa düşə bilməyən qadın, həyatında bir dəfə belə olsun xoşbəxt gün yaşamadığını bildirib.
İstambulova, SSRİ qurulduğu zaman 28, İkinci Dünya Müharibəsi sona çatanda 56, SSRİ dağıldığı zaman isə 103 yaşında idi.
Koku İstambulova İkinci Dünya müharibəsində alman Nazi tanklarının yaşadığı kəndə necə girdiyini və evinin qarşısında keçdiyini hələ də xatırlayır.
Ağır ailə faciəsi yaşayan qadın o günləri xatırlamaq istəməyib. İstambulova biri 6 yaşında olan bir çox uşağının ölümünə şahidlik etdiyini söyləyib.