Çin ölkəyə yatırılan xarici sərmayələrin məbləğinə görə liderdir
16 Oktyabr 2018 16:10 DünyaÇin ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici sərmayələrin ümumi məbləğinə görə dünyada liderdir.
BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) açıqladığı hesabata əsasən, cari ilin birinci yarısında Çin iqtisadiyyatına 70 milyard ABŞ dolları xarici sərmayə yatırılıb. İkinci yerdə Böyük Britaniya (66 milyard dollar), üçüncü yerdə isə ABŞ (46 milyard) qərarlaşıb.
Hesabatda qeyd olunur ki, dünya üzrə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41 faiz azalaraq 470 milyard dollara düşüb.
Azərtac
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31