“Coca-Cola” ən bahalı brendlərin beşliyinə düşüb
16 Oktyabr 2018 15:22 Dünya"Interbrand" beynəlxalq konsaltinq agentliyi dünyanın 100 ən bahalı şirkətin ("100 Best Global Brands") reytinqini təqdim edib. "OLAYLAR" xəbər verir ki, "Coca-Cola"şirkəti yeganə qeyri-texnoloji brenddir ki, ilk beşlikdə yer alıb.
Reytinqdə brend sahibi olan şirkətlərin maliyyə göstəriciləri, istehlakçı seçimlərinə təsiretmə qabiliyyəti və rəqabət qabiliyyəti nəzərə alınıb. "Interbrand"in"100 Best Global Brands" hesabatına əsasən, "Apple" və "Google" artıq 6 il ardıcıl olaraq ilk iki yeri bölüşdürürlər."Facebook" 2018-ci ildə doqquzuncu yerə yüksələrək son 5 ildə ən sürətlə böyüyən brendə çevrilib.
2017-ci ildə 100 ən bahalı şirkət siyahısına daxil olan "Tesla", "Thomson Reuters", "Moët & Chandon" və "Smirnoff" brendləri bu il siyahıda ümumiyyətlə yer ala bilməyiblər.
"Interbrand"in icraçı direktoru Çarlz Treveyl bildirib ki, dəyişən ehtiyaclara və müştərilərin gözləntisinə cavab verə bilən brendlər müvəffəqiyyətlə siyahıya daxil edilib.
Reytinqə daxil olan brenlərin yarısından çoxu 5 bazar sektorunu təmsil edir: avtomobil, texnologiya, maliyyə xidmətləri, lüks və FMCG (Fast Moving Consumer Goods - tez istehlak edilən gündəlik tələbat malları)."Interbrand"in məlumatına əsasən, sözügedən brendlərin dəyəri 2017-ci ildən bəri 7% artırmaqla 2 milyard ABŞ dollarına çatıb.