Moskvada "Metropolis" ticarət mərkəzi qarşısında ATIŞMA
16 Oktyabr 2018 14:44 DünyaMoskva polisi ticarət mərkəzlərindən birinin yaxınlığında avtomobildən atəş açan şəxsin tapılması istiqamətində iş aparır. İnsident "Metropolis" ticarət mərkəzinin qarşısında baş verib.
Məlumata görə, atışma iki maşın sahibi arasında olub. Yolda yaranmış anlaşılmazlığa görə sürücülərdən biri pnevmatik silahdan atəş açmaqla digər maşının şüşələrini sındırıb.
İnsident nəticəsində xəsarət alan olmayıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31