Avropa Komissiyasının prezidenti Praqanı kəskin tənqid edib

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Le Mond"a müsahibəsində Çexiya və bir sıra Aİ dövlətlərini miqrasiya düşərgəsində yerləşən qaçqınların, o cümlədən yaşlıların nəzarətindən kənarda qalmış uşaqların öz ərazilərində yerləşdirilməsi sahəsində tutduqları mövqelərinə görə kəskin tənqid edib.

Jan-Klod-Yunker vurğulayıb: "Bizdə həmrəyliyin nə olduğu barədə fikir birliyi yoxdur. Mən macarlara, çexlərə, polyaklara və başqalarına ən azından, heç olmasa valideynsiz, ailəsiz və nəzarətsiz qalmış uşaqları qəbul etmələri barədə müraciət etdim. Avropanın onları müdafiə etdiyi halda kiminsə onlardan imtina etməsini qalmaqal hesab edirəm".

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31