Tiflis rusları ABŞ-ın bioloji laboratoriyalarına çağırdı

Gürcüstan Səhiyyə naziri David Sergeyenko rusiyalı mütəxəssisləri Luqara laboratoriyasına dəvət edib.

Sergeyenko jurnalistlərə açıqlamasında rus mütəxəssislərin istənilən an gəlib, laboratoriyada tədqiqat apara biləcəyini deyib. Onun sözlərinə görə, bu laboratoriyada heç bir bioloji silah hazırlanmır.

Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Luqara laboratoriyasında bioloji silah hazırlandığını iddia edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31