Kloe motosikletdən yıxıldı - Vəziyyəti ağırdır

Müğənni Sərdar Ortaçın model xanımı Kloe Mayamidə ağır qəza keçirib.  O, motosikletdən yıxılaraq yaralanıb. Modelin sol qolu, çanağı, qabırğası, diz qapağı sınıb, sol qaşı yarılıb. 

Bu barədə Sərdar "İki sayfa" proqramına açıqlamasında bildirib. O, hadisənin ötən gecə baş verdiyini qeyd edib:

"Möcüzə olub ki, şikəst qalmayıb. Dünən xəbəri eşitmişəm, yerimdə otura bilmirəm. 21 oktyabrda yanına gedəcəm. Təxirə sala bilmədiyim işlər var. Menecerimi yanına göndərdim. Sol tərəfi demək olar ki, tamamilə sınıb". 

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31