Qaşıqçı üçün İstanbula gedən 15 sui-qəsdçi saxlanıldı
16 Oktyabr 2018 13:35 DünyaSəudiyyə Ərəbistanı hüquq-mühafizə orqanları İstanbuldakı Baş Konsulluq binasında görüntüləri yayılan 15 nəfərlik sui-qəsd dəstəsinin bütün üzvlərini saxlayıb.
Səudiyyə hökumətinə yaxın "Əlaf" qəzeti saxlanılan şəxslərdən Türkiyəyə getmək səbəblərinin soruşulduğunu yazıb.
Türk mətbuatı isə 15 nəfərlik dəstənin məhz vəliəhdin əmri ilə hərəkət etməsi ehtimalı üzərində dayanıb. Belə ki, dəstə üzvlərindən iki nəfərinin - Məhəmməd Saad əl-Zəhrani və Taar Qalib əl-Hərbinin vəliəhd Məhəmməd bin Salmanın yaxın adamları olduğu fotolarla təsdiq edilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31