ABŞ ilə KXDR arasında növbəti zirvə görüşünün təxmini vaxtı açıqlanıb

ABŞ ilə Şimali Koreya arasındakı növbəti zirvə görüşü gələn ayın ortalarında Avropada keçirilə bilər.

Bu barədə Yaponiyanın "Asahi" qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən məlumat verib. Bildirilib ki, hazırda görüşün Stokholm və ya Cenevrədə keçirilməsi variantları müzakirə olunur. 

Bununla belə, ABŞ Prezidenti Donald Trampın tərəf müqabili Kim Çen Inı Floridadakı şəxsi iqamətgahında da qəbul etməyə hazır olduğu bildirilir. Koreya tərəfi isə aprel ayında iki Koreya zirvə görüşünün keçirildiyi Phenyan və ya Pxanmuncom şəhərləri variantına üstünlük verir.

Xatırladaq ki, tərəflər arasında son görüş bu il iyunun 12-də Sinqapurda keçirilmişdi.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31