Tramp sözünü tutdu: Pompeo Ər-Riyadda
16 Oktyabr 2018 12:47 DünyaABŞ Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına səfər edib.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Pompeonun səfər çərçivəsində Səudiyyə Ərəbistanı kralı ilə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının başına gələnlərlə bağlı danışıqlar üçün Dövlət katibi Pompeonu təcili olaraq Ər-Riyada göndərəcəyini ötən gün açıqlamışdı.
Pompeonun Ər-Riyaddan sonra Türkiyəyə gələcəyi gözlənilir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31