Paşinyan: "Bu axşam inqilab sona çatır…"

Bu gün Ermənistan yeni mərhələyə qədəm qoyur.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Bu mərhələnin əsas mahiyyətini belə xarakterizə etmək olar: onun nəticəsində biz yazda baş tutan məxməri inqilabı sona çatdırmalıyıq. Bu barədə mən axşam daha konkret danışacağam", - Paşinyan bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Paşinyan oktyabrın 16-da istefa verəcəyini və 9-10 dekabrda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlamışdı.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31