İranın Pakistanla sərhədindəki Sistan və Bəllucistan əyalətində 14 iranlı hərbçi girov götürülüb.
Bu barədə məlumatı YJC agentliyi yayıb.
İddiaya görə, İran hərbçiləri çərşənbə axşamı ələ keçirilib. Ələ keçirilənlər arasında 7 Bəsic üzvü, 5 sərhədçi və 2 SEPAH hərbçisi olduğu vurğulanır.
Onların terror təşkilatlarından biri tərəfindən yaxalandığı açıqlanıb.
axar.az