Rusiyadan Türkiyəni sevindirən açıqlama: Kürd qruplaşmalar...
16 Oktyabr 2018 12:26 DünyaABŞ-ın başçılıq etdiyi koalisiya və Pentaqonun nəzarətində olan Suriya Demokratik Qüvvələri (SDQ) Deyr əz-Zorda İŞİD-ə qarşı mübarizəni imitasiya etməkdə davam edir.
Bu sözləri Suriyada Atəşkəsi İzləmə Mərkəzinin rəhbəri Aleksandr Savçenko deyib.
"ABŞ tərəfinin Suriyada İŞİD üzərində qələbə bəyanatına baxmayaraq, terrorçular yenə də əvvəlki kimi rayonu əlahiddə nəzarətdə saxlayır", - deyə Savçenko bildirib.
O bildirib ki, məhz amerikalıların hərəkətsizliyi nəticəsində İŞİD Fərat çayının şərq sahilində, Hacin və Əs-Susa yaşayış məntəqələri arasında 20 km boyunca ərazini nəzarəti götürüb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31