İrəvan qatil generalı həbsdə saxladı

İrəvan məhkəməsi Ermənistan parlamentinin eks-deputatı Manvel Qriqoryanın həbs müddətini 2 ay uzadıb.

Bunu "Sputnik Ermənistan"a açıqlamasında Qriqoryanın vəkili Arsen Mkrtçyan söyləyib. O, məhkəmənin Qriqroyanın sağlığı ilə bağlı edilən şikayətləri qəbul etmədiyini bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı cinayətkar generalın növbədənkənar parlament seçkisindən sonra azadlığa buraxılacağı haqqında məlumat yaymışdı.

Qriqoryan mənimsəmə və qanunsuz silah saxlama maddəsinə görə həbsdə saxlanılır.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31