Türkiyə Baş Prokurorluğu Qaşıqçının öldüyünə dair dəlil tapıb
16 Oktyabr 2018 11:28 DünyaTürkiyə Baş Prokurorluğunun əməkdaşları səudiyyəli jurnalist Camal Qaşıqçının öldürüldüyünü sübuta yetirə biləcək dəlil tapıblar.
Bu barədə idarədəki mənbəyə istinadən "Al Jazeera" məlumat yayıb.
Telekanal nümayəndəsinin sözlərinə görə, Qaşıqçının Səudiyyə Ərəbistanının Türkiyədəki Baş konsulluğunda öldürülməsi ehtimalı var.
Bundan əvvəl Türkiyə polisinin səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasına daxil olduğu xəbər verilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31