Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər
16 Oktyabr 2018 11:27 DünyaAvstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımaq və öz səfirliyini ora köçürtmək məsələsini nəzərdən keçirir.
Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun mətbuat xidməti onun avstraliyalı həmkarı Skott Morrisonla görüşündən sonra məlumat yayıb.
"Avstraliya hökumətinin rəhbəri mənə dedi ki, Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanımaq və Avstraliya səfirliyini Qüdsə köçürmək qərarını nəzərdən keçirir", - deyə məlumatda bildirilir.
Netanyahu həmkarına təşəkkürünü bildirib və iki ölkə arasında münasibətləri möhkəmləndirməyi davam etdirəcəyinə söz verib.
Bundan əvvəl Çexiya prezidenti Miloş Zeman ölkənin İsraildəki səfirliyinin Qüdsə köçürülə biləcəyini istisna etməmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31