Venesuelanın bir qismi işıqsız qalıb
16 Oktyabr 2018 11:19 DünyaVenesuelanın bir neçə ştatı elektrik stansiyalarının birində baş verən böyük qəza səbəbindən elektrik enerjisiz qalıb.
Trend-in məlumatına görə, bunu ölkənin elektroenergetika naziri Luis Motta "Instagram" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, "La-Arenosa" elektrik stansiyasında partlayış və onun nəticəsində baş verən yanğın səbəbindən ölkənin cənub-qərbində elektrik enerjisinin təhcizatında problemlər yaranıb: "Avadanlığın dəyişdirilməsi 72 saat çəkə bilər, ancaq elektrik enerjisi 2-3 saat ərzində bərpa olunacaq".
TREND
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31