Ukraynada iki lokomotiv toqquşub: ölənlər var

Ukraynada iki lokomotiv toqquşub.

Hadisə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində Şimal dağ-mədən kombinatının karxanasında qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər həlak olub, bir nəfər yaralanıb.

İnsident səhər saatlarında baş verib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31