Kadırov Makronla Paşinyanı rəqs festivalına dəvət etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Fransa prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanı rəqs festivalına dəvət edib. 

Kadırov bu barədə özünün Telegram-kanalında yazıb. 

O, bu qərara Makronla Paşinyanın birlikdə Qafqaz rəqsi etdiyi kadrları gördükdən sonra gəldiyini bildirib. 

"Belə fikrə gəldim ki, Paşinyan-Makron rəqsi Qafqaz xalqlarına faydalı ola biləcək rəqs marafonunun başlanğıcı ola bilər. Düşünürəm ki, təşəbbüsü tanınmış siyasətçilər, ictimai xadimlər dəstəkləyə bilər", - deyə Kadırov vurğulayıb.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31