İŞİD 130 ailəni girov götürdü
16 Oktyabr 2018 01:17 DünyaSuriyada İŞİD terrorçuları 130 ailəni girov götürüblər.
Bunu Rusiyanın Suriyada münaqişə tərəflərinin barışdırılması mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenkodeyib.
O bildirib ki, oktyabrın 13-də terrorçular El-Bahra rayonunda qaçqın düşərgəsinə hücum ediblər. Nəticədə 700 nəfər girov götürülüb.
Girov götürülən insanlar Xacin şəhərinə aparılıb.
Savçenko həmin insanlardan "canlı sipər" kimi istifadə oluna biləcəyini istisna etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31