Donald Tramp Səudiyyə Ərəbistanı kralı ilə Camal Qaşıqçı məsələsini müzakirə edib
15 Oktyabr 2018 19:30 DünyaABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudla itkin düşən jurnalist Camal Qaşıqçı məsələsini müzakirə edib.
D.Tramp bu barədə "Twitter" səhifəsində yazıb.
O, məsələni aydınlaşdırmaq üçün dövlət katibi Mayk Pompeonu Ər-Riyada ezam etmək niyyətindədir.
D.Tramp bildirib ki, Səudiyyə Ərəbistanı kralı jurnalistin başına gələnlərlə bağlı xəbərinin olmadığını bildirib və bu məsələni araşdırmaq üçün Türkiyə ilə yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31