Paşinyana ilk korrupsiya ittihamı ABŞ-dan gəldi
15 Oktyabr 2018 18:51 DünyaErmənistanda anarxiyadır, başqa sözlə desək, ölkə hökumətin hakimiyyətsizliyi ucbatından qanunsuzluq və siyasi özbaşınalıq vəziyyətindədir.
Bu sözlər ABŞ Dövlət Departamentinin keçmiş sözçüsü Adam Erelinin "Vaşinqton Tayms" qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, bu ölkədə institusional dezinteqrasiyanın nəticələri Avropa və Qafqaz üçün yaxşı heç nə vəd etmir:
"Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra sistematik formada Ermənistanın bütün hakim institutlarını dağıdır. Paşinyan hakimiyyətinin 100 günlüyündə meydanda toplaşan minlərlə tərəfdarına müraciət edərək, Ermənistanda koalisiya hökumətinin, parlament çoxluğunun olmadığını, bütün hakimiyyətin xalqa məxsus olduğunu söylədi. Erməni küçələri qanunun aliliyinin icra edilməsi və hesabat verilməsi üçün əsas meydan oldu. Hədəfə həmçinin dövlət orqanları, məhkəmə sistemi və parlament də düşdü".
Ereli qeyd edib ki, Ermənistanda Paşinyan özünün tənqid etdiyi sərt taktikadan yararlanır:
"O, təhlükəsizlik xidmətini və məhkəmələri mafioz hesablaşmalar stilində vendetta üçün korrupsiyaya bulaşdırıb. Buna sübut isə eks-prezident Robert Köçəryanın həbsi və keçmiş müdafiə naziri Mikayıl Arutyunyanın saxlanılmasıdır. Hakimiyyətin dövlət institutlarının zəifləməsi ilə küçələrə verilməsi anarxiyanın reseptidir".
haqqin.az