Ortağı 60 illik iqtidarını itirdi - Merkelin siyasi sonu olacaq ?
15 Oktyabr 2018 18:26 DünyaÖtən gün Almaniyanın Bavariya əyalətində baş tutan parlament seçkilərində daxili işlər naziri Horst Zeyehoferin rəhbərlik etdiyi iqtidardakı Xristian Sosialistlər İttifaqı (CSU) ciddi səs itkisi ilə üzləşib.
Kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqının "qardaş partiyası" kimi tanınan CSU-nun əldə etdiyi nəticə Merkelin federal hökumətinə də təsirsiz ötüşməyəcək.
9,5 milyon səsvermə hüququ olan seçicidən 72,5 faizi seçkiyə qatılıb.
Nəticələrə əsasən, iqtidardakı CSU partiyası 35,5 faiz səs toplayaraq məclisdə 79 yerə sahib olacaq. Halbuki 2013-cü ildə baş tutan son əyalət seçimlərində partiya 180 mümkün yerdən 101-ni qazanmışdı.
Bununla da, Bavariyada 61 ildir aralıqsız olaraq iqtidarda olan kansler Merkelin partiyasının kiçik ortağı kimi tanınan CSU-u 1951-ci ildən bu yana ən böyük məğlubiyyətini yaşayıb.
Ümumilikdə Bavariyada baş tutan seçkilərin nəticəsinə görə, heç bir partiya təkbaşına hökumət qurmaq üçün lazımi səsi toplaya bilməyib. Siyasi analitiklər hesab edirlər ki, bu nəticə Merkelin siyasi sonuna götürən yolu bir az daha qısaltmış oldu.
"Qafqazinfo"