İranın 50 şəhərində müəllimlərin aksiyası başladı
15 Oktyabr 2018 17:44 Dünyaİranda ibtidai və orta məktəb müəllimləri kütləvi tətilə başlayıblar.
Müəllimlər ölkədə baş alıb gedən bahalığa, inflyasiyaya, maaşlarının azlığına və həmkarlarına qarşı təzyiqlərə son qoyulması tələbi ilə dərs deməkdən imtina ediblər. İran Müəllimlərinin Peşə Təşkilatları Koordinasiya Şurasının bir həftə əvvəl etdiyi çağırışına əsasən keçirilən tətillərə paytaxt Tehrandan başqa ölkənin 50-dən çox şəhərində müəllimlər qoşulub.
Müəllimlər üzərində "Müəllimin yeri zindan deyil", "Ana dilində təhsil haqqı tanınmalıdır", "Təhsildə ədalət müəllimlərin haqqıdır", "Hamıya pulsuz və keyfiyyətli təhsil" və digər şüarlar yazılmış yazılı vərəqələr qaldıraraq, əqidəsinə görə həbs edilmiş həmkarlarının azadlığa buraxılmasını tələb ediblər.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31