Nobel Mükafatı alan müsəlman qadınlar

Tarixdə ilk beynəlxalq mükafat olan Nobel Mükafatı laureatları içərisində müsəlman qadınları da yer alır.

Olaylar.az xəbər verir ki, Nobel Mükafatını qazanan ən gənc insan bu mükafata 17 yaşında layiq görülmüş "Malalan Yusufzay"dır.

Malalan Yusufzay 2014-cü ildə hələ 17 yaşındaykən Nobel Sülh Mükafatına layiq görüldü. Yusufzay, qazandığı 8 milyon kronluk (2,5 milyon manat) mükafatı Pakistandakı məktəblərə bağışlayacağını açıqlamışdı.

Ölkəsi Pakistanda qız uşaqlarının təhsili üçün bir çox kampaniya başladan Malalan, 9 oktyabr 2012-ci ildə məktəbə getmək üçün mindiyi avtobusda hücuma məruz qalmışdı. Avtobusa minən bir Taliban xadimi "Malala"ya üç dəfə atəş etmişdi. Başından yaralanan Malalan, hücumdan 6 gün sonra müalicə üçün İngiltərəyə götürülmüş, "Birmingham"daki Kraliça Elizabeth Xəstəxanasında təxminən 3 ay qalmış və başına metal bir boşqab yerləşdirilmişdi. 2013-cü ilin martında  xəstəxanadan çıxarılan Malalan, ailəsiylə "Birmingham"a köçdü və təhsilinə davam etdi.

Təvəkkül Karman ərəb dünyasında Nobel Sülh Mükafatını qazanan ilk qadındır.

Qadının cəmiyyət içindəki rolunun gücləndirilməsinə istiqamətli etdiyi töhfələrə görə, 2011-ci ildə Nobel Sülh mükafatına layiq görülən Təvəkkül Karman mükafatı Liberiya prezidenti Ellen Johnson-Sirleaf və Liberyalı Leymah Gbowee ilə birlikdə bölüşmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31