Kremldən Jirinovskinin S-700 iddiasına cavab
15 Oktyabr 2018 16:41 DünyaRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunun S-600 və S-700 sistemlərinə sahib olması haqqında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin iddialarına şərh verməkdən imtina edib.
Peskov jurnalistlərə açıqlamasında hərbi texnika haqqında heç bir informasiyaya sahib olmadığını bildirib.
Bununla belə, o, Jirinovskinin Rusiya hava hücumundan müdafiə sistemləri haqqında dediklərinə dəstək nümayiş etdirib:
"O, tamamilə haqlıdır. Rusiya hava hücumundan müdafiə sistemləri dünyada ən yaxşısıdır. Biz bunu rəsmi şəkildə təsdiq edə bilərik".
Qeyd edək ki, Jirinovski bundan öncə Rusiyanın S-600 və S-700 sistemlərinə malik olduğunu iddia edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31