Kral Qaşıqçı ilə bağlı əmr verdi
15 Oktyabr 2018 16:34 DünyaSəudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud Türkiyədə Baş Konsulluq binasına girdikdən sonra yoxa çıxan jurnalist Camal Qaşıqçı ilə bağlı daxili istintaq başladılması əmrini verib.
Bu barədə "Blumberq" informasiya yayıb.
Qeyd edək ki, kral müxalif jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı birgə istintaq qrupunun yaradılmasına görə Ərdoğana təşəkkürünü bildirmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31