Almaniyada vağzalda bir neçə nəfər girov götürülüb

Almaniyanın Köln şəhərində mərkəzi vağzalda naməlum şəxs və ya şəxslər bir neçə nəfəri girov götürüb.

Məlumatı yerli polis idarəsi yayıb.

Breslauerplats meydanı zonasında girov götürülənlərdən birinin qadın olduğu bildirilib.  

Hadisə yerinə polis qüvvələri cəlb edilib.

Əlavə məlumat verilməyib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31