Türk əsilli 27 siyasətçi Belçikada bələdiyyə üzvü seçilib

Belçikada keçirilən bələdiyyə seçkilərində Türkiyə əsilli 100-dən çox namizəd iştirak edib.

Onlardan 27-si yerli məclislərə üzv seçiliblər.

Əmir Kır isə yenidən Brüsselin Sent-Josse bələdiyyəsinin sədri seçilib.

Bu rayonda biri sədr olmaqla 8 türk bələdiyyə üzvü olmaq hüququ qazanıb. Sosialistlər Partiyasından namizəd olmuş Şevket Temiz isə Brüssel şəhər bələdiyyəsinə üzv seçilib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31