Mahaçqala şəhərinin sabiq meri 4 il azadlıqdan məhrum edilib
15 Oktyabr 2018 15:22 DünyaMahaçqala Sovet Rayon Məhkəməsi şəhərin sabiq meri Musa Musayevi ümumi rejimli koloniyada çəkməklə dörd il müddətinə azadlıqdan məhrum edib və onun 3 il müddətinə bələdiyyə vəzifələri tutmasına qadağa qoyub.
Bu il yanvar ayında saxlanılan M.Musayev 2016-cı ildə dövlətə məxsus 17,5 hektarlıq torpaq sahəsini 1,1 milyon rubl müqabilində qanunsuz olaraq özəl şirkətin mülkiyyətinə verməkdə təqsirli bilinir.
Ekspertiza rəyinə görə, həmin torpaq sahəsinin bazar qiyməti azı 81 milyon rubldur.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31