Arda Turanın döydüyü müğənniyə 1 milyon lirəlik maddi ziyan
15 Oktyabr 2018 15:12 DünyaFutbolçu Arda Turanın döydüyü müğənni Berkay xəstəxanadan çıxarılıb.
Olaylar.az türk mediasına istinadən xəbər verir ki, zərərçəkmiş müğənni əməliyyatdan sonra hələ ki, fəaliyyətini davam etdirə bilmədiyi üçün konsertlərini ləğv etməli olub.
14 konsertini ləğv etməli olan Berkay 1 milyon lirə maddi ziyan alıb.
Lakin onun itirdiyi pulların Arda Turan tərəfindən ödənilib-ödənilməyəcəyi sual altındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31