"Köçəryanla Paşinyanın məxfi razılaşması var" - Akopyan
15 Oktyabr 2018 15:03 DünyaErmənistanın yeni hökumətiylə eks-prezident Robert Köçəryan arasında qeyri-rəsmi razılaşma var.
Bunu "Sputnik Ermənistan"a açıqlamasında erməni politoloq Vigen Akopyan deyib.
"Hökumət hazırda Köçəryan haqqında unudub. Mənə elə gəlir ki, tərəflər arasında bir-birinə hücum etməməklə bağlı hansısa razılaşma var. Bu situasiyanın nə qədər davam edəcəyini söyləmək çətindir. Bu, bəlkə də təkcə ölkədəki situasiya yox, həm də geosiyasətlə bağlıdır.
Köçəryanın siyasətə qayıtmasına gəlincə isə, o, hansısa müxalifətin formalaşdırılması üçün birləşdirici qüvvə ola bilər, amma elektoral planda Köçəryan qəbuledilməz fiqurdur. Köçəryanın siyasi, maliyyə və geosiyasi resurslarını nəzərə alsaq, onun hansısa siyasi konqlomerat yarada biləcəyini deyə bilərik", - deyə o bildirib.
axar.az