"Ukrayna Zaporojyedən ibarətdir, qalan ərazi..." - Jirinovski
15 Oktyabr 2018 14:57 DünyaRusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Konstantinopol Patriarxlığının 1686-cı ildə verdiyi Moskva Patriarxlığının Ukraynaya mitropolit təyin etməsi haqqında qərarını ləğv etməsinə reaksiya verib.
Jirinovski patriarxlığı təhdid edərək, Rusiya ilə oynamamağa çağırıb.
"Rusiya Avropanın ən qədim dövlətlərindən biridir. Tarixlə oyunlar pisdir. Konstantinopol Patriarxlığına cavab olaraq biz çar Aleksey Mixayloviçin 1654-cü ildə Zaporojye kazaklarının rəhbəri Boqdan Xmelnitskinin xahişi ilə Rusiya təbəliyini qəbul etmə haqqında qərarını ləğv edə bilərik. Bununla Ukrayna Zaporojye kazaklarının yerləşdiyi ərazilərin olduğu sərhədlərə qayıtmalıdırlar. Yerdə qalan ərazilər Ukraynaya onlar Rusiyanın tərkibində olan zaman verilib. Bu ərazilər quberniyalar toplusu olub və Ukrayna adlandırılmayıb. Bu ərazilər Rusiyaya qaytarılmalıdır", - deyə o bildirib.
axar.az